“Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində 500 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.