Azərbaycanın üçüncü ölkəyə təhvil verdiyi erməni əsgər Akop İnciqulyan oktyabrın 2-nə keçən gecə Ermənistana qayıdıb.
“Media forum” saytının məlumatına görə, Yerevanın “Zvartnots” aeroportunda jurnalistlərə danışan İnciqulyan ölkəyə dönmək qərarını könüllü verdiyini və hərbi xidmətinin qalan 9 ayını çəkmək niyyətində olduğunu deyib. O, əsirlikdə olarkən Ermənistana qayıtmamaq üçün təzyiqə məruz qaldığını deyib.
1991-ci il təvəllüdlü İnciqulyan ötən il avqustun 8-də Qarabağ bölgəsində əsir düşüb.