Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Strasburq şəhərinə yola düşüb.
Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir E. Məmmədyarovun AŞPA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı nəzərdə tutulub.