Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfər edib.
Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxış edəcək.
E. Məmmədyarovun BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görşüləri nəzərdə tutulub.