Lent.az-ın məlumatına görə, "Baku Modern Hospital" adlanacaq xəstəxana 9 mərtəbəli, 200 çarpayılıq olacaq. Burada 50 xəstə otağı (25- tək, 20-si cüt, 5-i xüsusi), 25 xəstəni eyni vaxtda qəbul edə biləcək reanimasiya, 2 doğum otağı, 47 otaqlı poliklinika və s. nəzərdə tutulub.
Xəstəxananın ümumi sahəsi 23 min kvadrat metr olacaq.