ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Qərbi Avropa ölkələrində casusluq əməliyyatlarını dayandırıb.
APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu “Associated Press”ə MKİ-dəki mənbələrdən bildiriblər.
Qeyd olunub ki, müttəfiqləri izləməyin nə qədər səmərəli olduğunu başa düşmək üçün rəhbərlik “fasilə” elan edib.
Məlumata görə, MKİ rəhbərliyinin məxfi direktivində bildirilir ki, bundan sonra qeyri-müəyyən müddətdə müttəfiq Qərbi Avropa ölkələrində casusluq əməliyyatları aparmaq, hökumətdəki mənbələrlə görüşmək, o cümlədən yeni agentlərin işə cəlb olunması qadağan olunub.