Ukraynanın Donetsk vilayəti ərazisinə Rusiyanın üçüncü humanitar yardım karvanı daxil olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 200-ə yaxın Rusiya dövlət nişanlı yük avtomobilindən ibarət karvanda əsasən dərman, tibbi ləvazimatlar, ərzaq, su və generatorların olduğu bildirilib.
Ukrayna hakimiyyəti üçüncü humanitar yardım karvanı barədə heç bir məlumata malik olmadığını açıqlayıb. Karvan separatçıların nəzarətindəki əraziyə göndərilib.