Bakıda qadın sevgilisini bıçaqlayıb.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Leyla Heydərova münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ceyhun Məmmədova bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L. Heydərova saxlanılıb.