Paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzaları baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.
1966-cı il təvəllüdlü Malik Dadaşov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1960-cı il təvəllüdlü Bəxtiyar Muradovu vurub. Nəticədə yaralı xəsarətlərlə daxil olduğu xəstəxanada ölüb.