Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Bakıda "Cənub qaz dəhlizi" layihəsinin təməlqoyma mərasimində iştirak edəcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb.
Gürcüstan nümayəndə heyətinin tərkibində baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, xarici işlər nazirinin birinci müavini David Zalkaliani və deputat İrakli Tripolski daxildir.