https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
search
25 Aprel 2024

Mişel Platini Bakının qalib gəlməsindən danışdı

Mişel Platini Bakının qalib gəlməsindən danışdı

“İndi bizdə hər şey yaxşıdır. Hazırlaşmaq üçün hələ ki vaxt var”.

Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.
 
Bu gün İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib.
 
Paytaxtımız Bakı da turnirə ev sahiblik edəcək bu şəhərlərdən biri olub. 2020-ci ildə reallaşcaq qitə birinciliyində paytaxımız 3 qrup oyunları və 1/4 finalı qəbul edəcək.
 
Ali qrumun rəhbəri bununla bağlı fikirlərini bildirib:

“Çünki azarkeşlər çox gözəl turnirdə iştirak edə bilmək üçün çalışmaq gərəkdir. Bu ölkələri seçməkdə məqsədimiz, onların böyük beynəlxalq aeroportlarının olmasıdır. Seçim, milli komandaların gücü və ya ölkələrin turizm cazibədarlığı ilə diktə edilməmişdi. Bizim meyarlarımız aeroportlara, həmiçinin də nəqliyyat vasitələrinə aiddir. 1/4 finalların keçiriləcəyi yerlərə baxaraq, biz görürük ki, onlardan ikisi şərqdə baş tutacaq. Digər ikisi isə qərbdə. Düşünürəm ki, İcraiyyə Komitəsinin üzvləri balansı tapmağa çalışıblar - Cənubda Roma və Bilbao, Şimalda Kopenhagen və Sankt-Peterburq”.
 
Qeyd edək ki, Bakı ilə yanaşı qalib şəhərlər Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Brüsseldir (Belçika). Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.