ABŞ prezidenti Barak Obama şotlandları referendumda Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına “yox” deməyə çağırıb.
APA - nın məlumatına görə, bu barədə Ağ evin rəsmi “Tvitter” səhifəsində bildirilir.
“Bu qeyri-sabit dünyada Birləşmiş Krallıq ABŞ üçün özəl tərəfdaşdır. Ümid edirəm ki, o güclü və vahid qalacaq”, - deyə Obama qeyd edib.
Xatırladaq ki, bu gün Şotlandiyada referendum keçirilir. Əgər şotlandlar müstəqilliyə səs versələr, 2016-cı ilin martın 24-də Şotlandiyanın müstəqilliyi elan olunacaq və həmin ilin may ayında ölkədə parlament seçkiləri keçiriləcək.