Azərbaycan Prezidenti İlham Əliyev Nizaməddin Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Nizaməddin Məhəmməd oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, N.Quliyev Goranboy rayon İcra Hakimiyyətinin başçısıdır.