https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg Başlığı insanları təbdən çıxaran xəbərlər - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Sözün ucalığına doğru - Eldar İskəndərzadənin 60 yaşına
search
23 Aprel 2024

Dünya gözəlləri Azərbaycana gəlir

Dünya gözəlləri Azərbaycana gəlir
Bütün dünyadan olan gözəllər nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalında iştirak etmək üçün Azərbaycana gəlirlər. Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib.

Trend-in məlumatına görə, müsabiqə iştirakçıları təşkilat komitəsinin nümayəndələrinin rəhbərliyi altında təlim keçirlər və türkiyəli mütəxəssislər Onur Xazar (xoreoqraf) və Melike Yaşılyol (moda üzrə direktor) ilə məşqlərə başlayıblar.

"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irsi, dini inancı və milliyətindən asılı olamayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda, sonra isə ABŞ, Malta, Kipr, Albaniya və digər ölkələrdə keçirilib. Müsabiqənin qaliblərindən biri Merilin Monro olub.

Müsabiqənin informasiya dəstəyi TREND, Day.az və Milli.az-dır
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.