İtaliyanın Baş naziri Matteo Renzi Azərbaycana səfər edəcək.
525.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.
Sentyabrın ikinci yarısına planlaşdırılan səfər çərçivəsində Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı məqamlar diqqət mərkəzində olacaq.
Bununla yanaşı, iki ölkə arasında əlaqələrin son durumu, müxtəlif sahələrdə münasibətlərin inkişaf perspektivləri də görüşlərdə əsas müzakirə mövzusu olacaq.