Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən məlumat verilib. Lakin gecə və səhər az yağış yağacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Bu barədə Havanın temperaturu gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək, Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.