Prezident İlham Əliyev Həsən Zal oğlu Həsənovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə H.Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əməkdar jurnalist H.Həsənov 2002-ci ilin aprel ayından etibarən “Xalq” qəzetinin baş redaktorudur.