https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

“Qarabağ” çempionluq kubokunu Ağdama apardı

“Qarabağ” çempionluq kubokunu Ağdama apardı

Azərbayca Premyer Liqasının son qalibi “Qarabağ” qazandığı çempionluq kubokunu təmsil olunduğu Ağdam rayonuna aparıb.

Qol.Az-ın məlumatına görə, “Qarabağ” Quzanlı qəsəbə  stadionunda azarkeşlərlə görüş keçirib.

Tədbirdə çıxış edən  rayon icra başçısı Raqub Məmmədov “Qarabağ”ın indiyədək keçdiyi tarix yol haqda danışıb.

Daha sonra  “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl fikirlərini bildirib. O,  komandanın son uğurundan bəhs edib: “Qarabağ” azarkeşlərini salamlayıram. “Tvente”, “Real Sosyedad”, “Lion” kimi güclü komandalar Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilmədi, amma biz bunu bacardıq. Bu uğurun davamını gətirmək istəyirik. Sizə söz verirəm ki, baş məşqçimiz Qurban Qurbanovun istəyəcəyi təqdirdə heyətə yeni futbolçular qatacağıq. Uğur qazanmaq üçün nə lazımdırsa, edəcəyik. Biz Ağdam adını Avroliqada layiqincə təmsil etmək niyyətindəyik. Qrup mərhələsində də xal toplamağa, adlı-sanlı rəqiblərdən xal almağa çalışacağıq”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da komandasının Avroliqadakı uğurundan  danışıb. O, daha böyük nailiyyətlər qazanmaq üçün çalışdıqlarını bildirib.

 Tədbirin sonunda  çempionluq kuboku ağdamlı azarkeşlərə təqdim edilib. Komanda doğma azarkeşlər önündə  kuboku başı üzərinə qaldırıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.