|
|
|
|
Dünyanın qapısı hayandadı görəsən, neçədi görəsən, necədi görəsən? Böyük Füzuli birini bilirdi; bu kədər qapısıydı, bu ölümə açılan qapıydı və o qədər alçaq idi ki, belini əyməliydin dünya evinin bu qapısından keçməyə... Neçə yüz il idi ki, söz adamları dünyanın ancaq bir qapısını – Füzuli qapısını tanıyırdı. Lap elə dəqiq elmlərdə olduğu kimi qəfil və gözlənilməz oldu. Dünyanın başqa bir qapısı da varmış. Və bu qapını gör neçə yüz il sonra bir az bəstəboy, bir az qaradinməz, lakin ürəyi işıqlı sevgilərlə dolu olan, hələ ki, böyüklüyünü çoxlarının etiraf edə bilmədiyi Ələkbər Salahzadə tanıtdı, lap dəqiqi “kəşf elədi”. Nyutonla Eynşteyn + Lütfizadəni xatırladan bir məqamdı...
lll
dünən olacaq,
mən qaldığım günlərdən
bir səs belə dönməyəcək.
Əsrin ortalarında.
Əsrin havası çatmır
Şeirin ortalarında,
Nəsrin ortalarında...
Yağış daş döyəndə də,
Yaltaq baş əyəndə də...