|
|
|
|
Ukrayna hadisələrinə görə Rusiya siyasətinin iflasa uğraması zaman keçdikcə iqtisadiyyatın da çökməsinə gətirib çıxara bilər. Bunun üçün ilk növbədə rəsmi Moskva düşdüyü bu çətin vəziyyətdən çıxış yolları axtarmağa başlayıb. Avropanın sanksiyaları ilə üzləşdiyi bir vaxtda Azərbaycana yan alan Şimal qonşularımız kənd təsərrüfatı sahəsində olan boşluqları doldurmağa çalışır. Bu baxımdan qeyd etmək olar ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində də öz təşəbbüskarlığını artırması heç təsadüfi olmayıb.