|
|
|
|
Xaçmaz rayon sakini ailə üzvlərini ölümlə hədələyib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Yaquboba kənd sakini Bihi Butayeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün əri Cəbrayıl Butayevin ov tüfəngi ilə onu və oğlu Rövşəni öldürəcəyi ilə hədələməsini bildirib.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan C.Butayev saxlanılıb. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.