Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında Quba, Qusar, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn 30-a yaxın vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.