Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda Xəzər dənizində batma təhükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Pirşağı" sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.