Bakı-Şamaxı yolunun 69-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, Qobustan rayonu ərazisində 1934-cü il təvəllüdlü Əsgərov Tahir Məmməd oğluna məxsus "VAZ" və "NİSSAN" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər T.M.Əsgərovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər