Göyçay və ətraf rayonlarda Azərbaycan Dövlət Televiziyasını (AzTV) və İctimai Televiziyanı (İTV) gecə saatlarından sonra yalnız peyk yayımı vasitəsi ilə izləmək mümkündür.
Lent.az-ın məlumatına görə, gecə saat 1-dən sonra adıçəkilən kanalların adi ötürücülər vasitəsi ilə yayımı dayanır. Lakin özəl kanallarla bağlı belə bir problem yoxdur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən lent.az-a belə bir halın baş verdiyini və müvəqqəti xarakter daşıdığını bildiriblər. Qurumdan bildirilib ki, bu, rəqəmsal yayıma keçidlə bağlı proflaktik tədbirlər aparılması üçündür.