Rusiyanın humanitar karvanının Ukrayna sərhədini keçməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.
Ukrayna prezidenti Rusiyanı bu məsələni beynəlxalq hüquq müstəvisində həll etməyə çağırıb.
P. Poroşenko qeyd edib ki, Rusiyaya məxsus 100-dən çox yük maşını sərhədi Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin müşayiəti olmadan, habelə Ukraynanın gömrük və sərhəd xidmətlərində yoxlanılmadan keçib.