"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yollarına məxsus, Minvodıdan Bakıya J 2 718 reysi üzrə uçan təyyarə hava limanında 10 saat ləngiyib.
Bunu Lent.az-a həmin təyyarənin sərnişini, mədəniyyət və incəsənət universitetinin sadiq dosenti Elmira Alxasova deyib. Onun sözlərinə görə, Minvodı hava limanında gecikmənin səbəbini Bakıya uçacaq təyyarənin nasaz olduğu ilə izah ediblər: “Biz Moskva saatı ilə 16:30-da təyyarəyə minməli idik. Lakin uçuş gecikirdi.
“AZAL”ın Minvodıdakı nümayəndəsi Seyran adlı şəxs əvvəl bizə dedi ki, təyyarə xarabdır, təmir olunur. Gecə saat 01:30-a qədər gözlədik. Ac-susuz qaldıq. Nəhayət, sabah səhər 04:30-da təyyarəyə mindik”.
Bundan əlavə E. Alxasova hava limanında rusların azərbaycanlılara qarşı münasibətindən də danışdı. O bildirdi ki, pasport qeydiyyatından keçən zaman onların Bakıdan olduqlarını biləndə, nəzarətçilər kobudluq ediblər:
“Şəkər xəstəsiyəm. Daim su içməliyəm. Bunu onlara nə qədər desəm də, əhəmiyyət vermədən əlimdəki su qabını aldılar. Üstəlik də, çamadanlarımızı töküb yenidən yoxladılar. Ancaq biz azərbaycanlılara qarşı belə etdilər”.