|
|
|
|
Londonda Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın Avropa premyerası keçiriləcək.
525.az-ın AzerTAc-a istinadən verdiyi məlumata görə, yazıçının 100 illiyinə həsr olunmuş tamaşa, Londonda fəaliyyət göstərən Aloff teatrının təşkilatçılığı ilə 9-27 sentyabr tarixləri arasında LOST Teatrında nümayiş etdiriləcək.
Britaniyalı aktyorlar tərəfindən ifa ediləcək tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff Teatrının prodüseri Sənan Əliyevdir.
İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşanın rezonansları bu gün də müasir dövrün tələbləri ilə səsləşir. Pyes özünün incə təhlilində həyatın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və dünyanın buna reaksiyasını göstərir.