Bu gün Quba rayonunda ilan sancma faktı baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu, İsnov kənd sakini , 2000-ci il təvəllüdlü Vahabov Seyidmirzə Habil oğlunu öz həyətlərində ilan sancıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin tibbi yardımdan sonra S.Vahabov ambulator müalicə üçün evə buraxılıb.