“TRT AVAZ” kanalında yayımlanan ‘’50 Dəqiqə’’ proqramının bu həftəki bölümü Dağlıq Qarabağ probleminə həsr olunacaq .
TRT-nin Bakı təmsilçiliyindən Modern.az-a verilən məlumata görə proqram Azərbaycan İctimai Televiziyası ilə ortaq yayımlanacaq.
“50 Dəqiqə”nin bu dəfəki buraxılışında təkcə Azərbaycanın deyil , bütün Türk dünyasının qanayan yarası Dağlıq Qarabağ problemi ekspertlerin analizi ilə xüsusi sənədləri müzakirə edəcəklər. Azərbaycan- Ermənistan cəbhə xəttində son zaman baş verən atışmalar, Dağlıq Qarabağ probleminin diplomatik yollarla həlli, Rusiyanın problemə yanaşması, Qarabağ probleminin Qafqaz siyasətində öz əksinin necə tapacağı kimi sualları “TRT AVAZ” studiyasında Giresun Universitetinin Rektoru Aygün Attar cavablandıracaq.
“TRT AVAZ” studiyasında Proqramın aparıcısı Gökçen Oğan olacaq. İctimai Televiziya studiyasında isə aparıcı Orxan Cabbarlının suallarını politoloq Elman Nəsirli və deputat Cavanşir Fevziyev cavablandıracaq. “50 Dəqiqə” proqramı bu gün , 20 Avqust tarixində Bakı saatı ilə 18.40-da “TRT AVAZ” və İctimai Televiziya kanallarında ortaq yayımla ekranlara gələcək.