Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 19-da Azadlıq prospektində Bakı şəhər sakini Ramin Qafarov bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə daxil olub.
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Pənah Məmmədov tutulub.