Avqustun 21-də Azərbaycanın görkəmli jurnalisti, “525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi, ən əsası isə hamı tərəfindən sevilən və qəbul olunan Rəşad Məcidin 50 illik yubileyi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, artıq neçə gündür ki, mətbuatda yazıçı-jurnalistin haqqında təbrik yazıları dərc olunmaqdadır. Belə bir məqamda redaksiyamız həm də gözəl şeirlər müəllifi olan Rəşad Məcidin cavanlığında yazdığı bədii nümunələrdən bir neçəsini oxuculara təqdim etmək istəyir.
Bu məqamda “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud və kollektivi Rəşad Məcidi yubileyi münasibəti ilə təbrik edir, ona uğurlar arzu edir: “Demək istəyirik ki, Rəşad əmi, həmişə belə möhtəşəm ol... Bizim vətənimizə, dünyamıza Tanrının göndərdiyi bir Rəşad Məcid var, ondan muğayat ol, qoru onu...”