21 yaşımın ayrılıq günü, Qoyma öləziyim, qıyma ki, sönüm!
İlhamı şam kimi yanıb tükənir, Bir zaman şerini əzbərlədiyim, Odlu misrasını əzbər dediyim İşıqlı şairlər, cavan şairlər.
Sönür ekranlarda, gen kürsülərdə şeiri özlərindən tez qocalanlar, Odları tükənən – yavan şairlər. Təzə söz adına Köhnə bayatını təkrarlayırlar. Elə bir yerdəcə sayır, sayırlar, Şöhrətin ardınca çapan şairlər.
Yanaqdan süzülən bir cüt yaş kimi Sürüşüb gözümdən düşür gümanım. Sirli yaddaşımın sınır tilsimi: «Nehrəsi çalxanır qoca zamanın».
21 yaşımın son gecəsində Özümün özümlə davam başlayır. Sevgimin atəşi dinir səsimdə, Şerimlə, sözümlə davam başlayır…
…Otuz beş yaşımda qalxıb kürsüyə İyirmi bir yaşımda yazdığım şeiri Əgər soyuq-soyuq, hissiz-ürəksiz Təzə söz adına oxuyacamsa, Gəncliyin yarımçıq misralarını Yamayıb, közəyib toxuyacamsa, Baxıb görəcəmsə İyirmi bir çıxıbdı iyirmi birimə! İyirmi bir yaşında bir təzə qardaş Baxıb güləcəksə boyat şerimə, Candərdi alqışlar, yalan şöhrətlər, Çiçək yağışları, gül yağışları Salondan yollanan «bol səxavətlər» Söndürəcəkdirsə olan odumu, Başımın altına tük yastıq qoyub «Dostlar» öyəcəksə istedadımı.
Gəl öldür bu axşam, sındır bu axşam. Yaşımın yaşılı çağına baxma. Şerin od qoxulu səltənətinə Ey ilham pərisi, məni buraxma!..