|
|
|
|
Ali Radanın bugünkü iclasında baş nazir Arseni Yatsenyukun istefası qəbul olunmayıb. Yalnız 16 deputat Yasenyukun istefasına tərəfdar olublar.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna qanunvericiliyinə əsasən, baş nazirin istefası bütün nazirlər kabinetinin istefa verməsi ilə nəticələnməli idi. Lakin parlament Şərqi Ukraynada hərbi əməliyyatların davam etdiyi məqamda Arseni Yasenyukun istefasını məqsədəuyğun saymayıb.
Xatırladaq ki. Yatsenyuk iyulun 24-də, “Avropa Seçimi” parlament koalisiyasının dağılması səbəbi ilə postundan istefa verdiyini açıqlamışdı. Koalisiyanı “UDAR” və “Azadlıq” partiyaları tərk etdiyindən hazırki iqtidarın bir çox qanun layihələri parlament tərəfindən qəbul olunmurdu.