|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinə qəbul qaydaları sərtləşdiriləcək.
Bu haqda Modern.az-a Birliyin səlahiyyətli şəxsi məlumat verib. Onun dediyinə görə qurultaydan sonra müxtəlif yaradıcı nəsillərə aid olan yazarlardan ibarət olan qəbul komissiyası bu yaxınlarda özünün ilk iclasını keçirəcək.
Tərcüməçi-şair Azər Mustafanın rəhbərlik etdiyi komissiya ilk iclasda qəbul şərtlərini dəqiqləşdirəcək. Yeni qaydalarda qəbul şərtlərinin kifayət qədər sərtləşəcəyi gözlənilir.