Cəlilabad rayonu Ağdaş kəndində Göytəpə Meşəbəyliyinin ərazisində meşədə yanğını baş verib.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, meşədə 2 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub.
Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.