Nəsimi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həsən Əliyev küçəsi-17 ünvanının (TQDK-nın) qarşısında elektrik yarımstansiyasında işləyən kişi bədbəxt hadisə nəticəsində ölüb.
Orada usta işləyən Zaqatala rayon sakini, 1957-ci il təvəllüdlü Fətquliyev Süleyman Fətqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun döşqəfəsi nahiyəsinə sancılıb. S.SFofquliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.