Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Gürcüstanla bağlanmış “Azad ticarət haqqında” sazişin tətbiqinin dayandırılmasına dair qərar layihəsi hazırlayıb.
Lent.az-ın “Gazeta.ru”ya istinadən məlumatına görə, sənəddə qeyd olunub ki, sazişin tətbiqinin dayandırılması Rusiyanın aidiyyəti qurumları - XİN, İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Naziliyi ilə razılaşdırılıb.
Saziş 1994-cü il fevralın 3-də imzalanıb.
Qeyd edək ki, Gürcüstan parlamenti iyulun 18-də AB ilə assosiasiya haqqında sazişi təsdiqləyib. Bu sazişin müddəalarının əksəriyyəti sentyabrın 1-də qüvvəyə minəcək.