|
|
|
|
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezidentin ehtiyat fondundan yeni inzibati binanın inşası üçün Dövlət Miqrasiya Xidmətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.