https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
https://525.az/../img/pics/medium/183694_o0qrzhrfjf.jpg Bu dünyada biz də varıq - Fidan Malik yazır
search
25 Aprel 2024

Böyükağa Hacıyev: “Çixura” “Koper”ə bənzəyir”

Böyükağa Hacıyev: “Çixura” “Koper”ə bənzəyir”

“Koper”lə oyundan sonra rəqibimiz “Çixura”dır. Rəqibin bir neçə oyununa, o cümlədən də “Bursaspor”a qarşı keçirdiyi hər iki görüşü izləmişəm. “Çixura” “Koper”ə bənzər komandadır. Onlar da müdafiəyə daha çox diqqət yetirirlər”.

Qol.Az-ın futbolxeber.az saytına istinadən yaydığı məlumata görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Sabah Avroliqananın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Gürcüstanın “Çixura” klubunu qəbul edəcək “ağ-qaralar”ın çalışdırıcısı bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis “Çixura”ya qarşı keçirdikləri 2 yoxlama oyunlarında rəqibi məğlub edə bilməmələrini problem hesab etmir: “Yoldaşlıq görüşləri bir başqa, rəsmi oyunlar tam başqa olur. Nə qədər çalışsan da, yoldaşlıq görüşündə komanda gücünün yalnız 50-60 faizini sərf edir. Həm də yoldaşlıq görüşündə bir sıra eksperimentlər edirdik. İlk yarıda başqa, ikinci hissədə isə fərqli heyətlərə güvənirik. Ən vacib olan sabahkı oyundu”.

B.Hacıyev rəqib futbolçu Rexviaşvilinin “Neftçi”yə 2:0 hesabı ilə qalib gələcəyik” açıqlamasına münasibət belə bildirib: “Rexviaşvili bizə sırf psixoloji cəhətdən təsir göstərməyə çalışıb. Onun sözlərinin nə qədər doğru, yalnış olduğunu sabah görəcəyik. Həm ona, həm də rəqib baş məşqçiyə minnətdaram ki, bizə bu cür motivasiya verdilər”.

“Neftçi”nin çalışdırıcısı heyətlə bağlı danışmaq istəməyib: “Heyətlə bağlı heç bir açıqlama verməyəcəyəm. Çünki bunu heç komana üzvləri də bilmir. Əvvəldən nə taktika açıqlanacaq, nə də heyət. Bizim “Koper”ə qarşı o cür taktika ilə oynayacağımızı heç kim gözləmirdi”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.