İsrail ordusu Qəzza bölgəsində keçirdiyi əməliyyatı 4 saat müddətinə dayandırdığını bəyan edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 4 saatlıq atəşkəs yaralıların daşınması və mülki əhalinin təxliyəsi üçün nəzərdə tutulub.
Növbəti atəşkəs fasiləsi bütün Qəzza bölgəsinə yox, bir neçə sərhədyanı yaşayış məntəqəsinə şamil ediləcək. Bildirilir ki, atəşkəs fasiləsi 19:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başa çatacaq.