Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da saat 22 radələrində Bərdə rayonu Cəyirli kəndinin ərazisində Qəhrəmanlı kənd sakini Təvəkkül Əlizadə idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. T. Əlizadənin xəstəxanaya yerləşdirilmiş sərnişini - Saatlı kənd sakini Zabil Baxışov orada dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.