Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Zabrat-Maştağa yolunda Nəcəfov Cəlal Məlikhəsən oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə iki qadını vurub. Nəticədə şəxsiyyəti məlum olmayan 45-50 yaşlı qadın hadisə yerindəcə keçinib. 25-30 yaşlı digər qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.