Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə arasında olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə arasında olacaq. Dağlıq ərazilərdə gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı ehtimal olunur.