Beynəlxalq Venesiya Kinofestivalının müsabiqə proqramı elan edilib.
525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, müsabiqənin “Qızıl şir” mükafatı uğrunda ABŞ, İran, Fransa, İtaliya, Türkiyə, Yaponiya, Çin və digər ölkələrin 20 filmi mübarizə aparacaq.
71-ci Venesiya biennalesi avqustun 27-dən sentyabrın 6-dək Lido adasında keçiriləcək. Festival Meksika rejissoru Alexandro İnyarritunun “Berdmen” filmi ilə açılacaq. Müsabiqədə Lars Fon Triyer, Devid Qordon Qrin, Ceyms Franko və Emir Kusturitsanın filmləri də nümayiş etdiriləcək.