Ukrayna ordusu Luqansk vilayətində daha bir şəhəri terrorçulardan azad edib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı hərbçilər Lisiçansk şəhərini separatçıları dəstəkləyən qüvvələrdən təmizləyə biliblər.
Əməliyyat 48 saat davam edib.
Şəhərdə olan 100-dək terrorçunun əksəriyyətinin məhv edildiyi bildirilir.