Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda Daxili İşlər Nazirliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fəaliyyət Planında şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması, insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi; vəzifələrin “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanmaqla icra edilməsi öz əksini tapıb.
Bundan başqa, qeyd olunan sənəddə insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri, insan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi, insan alveri cinayətlərinə qarşı cinayət təqibi, İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi, insan alveri qurbanlarının müdafiəsi
Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi, insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə, Milli Fəaliyyət Planının maliyyələşdirilməsi kimi müddəlar öz əksini tapıb.
Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
TƏDBİRLƏR PLANI
Sıra №-si |
Tədbirin adı |
İcraçı orqanlar |
İcra müddəti (illər üzrə) |
1 |
2 |
3 |
4 |
13.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri
| |||
13.1.1. |
Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn tələblər nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi |
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti |
2014-2016 |
13.1.2. |
“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi üçün tədbir görülməsi |
Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi |
2016 |
13.1.3. |
İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə həssas qrupa aid qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təkliflər hazırlanması |
Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi |
2015 |
13.1.4. |
Uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə təkliflər hazırlanması
|
Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi |
2015 |
13.1.5. |
“İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın və “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təkmilləşdirilməsi |
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi |
2014-2016 |
13.1.6. |
“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təkmilləşdirilməsi
|
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2016 |
13.1.7. |
İnsan alverinin qurbanına verilən 30 gün bərpa və fikirləşmə müddətinin cinayət təqibi üzrə prosessual qaydada hüquqi tənzimlənməsi ilə əlaqədar təkliflərin hazırlanması
|
Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi |
2015 |
13.1.8. |
“İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın, “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”nin və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
2015-2017 |
13.2. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi
| |||
13.2.1. |
İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan və potensial qurbanlarına xidmət edən telefon “qaynar xətt”in təşkilati-texniki imkanlarının artırılması |
Daxili İşlər Nazirliyi |
2015 |
13.2.2. |
İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin və təşviqat materiallarının hazırlanması |
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları |
2014-2016 |
13.2.3. |
İnsan alverinə qarşı mübarizəyə dair elmi və sosial tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi üçün sorğu və sair tədbirlərin həyata keçirilməsi |
Daxili İşlər Nazirliyi, ali təhsil müəssisələri, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2014-2016 |
13.2.4. |
Uşaq əməyinə dair beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
|
mütəmadi |
13.2.5. |
Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi üzrə fəaliyyətin gücləndirilməsi və bununla bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması üçün birgə tədbirlərin görülməsi |
Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları |
mütəmadi |
13.2.6. |
Əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti |
mütəmadi |
13.2.7. |
İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi
|
Yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
mütəmadi |
13.2.8. |
İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
13.2.9. |
Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqi aparılmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi
|
Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
mütəmadi |
13.2.10. |
İnsan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları, təlim-tərbiyə və təhsil müəssisələrinin işçiləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi tədris kurslarının təşkili və bununla bağlı ölkədaxili və xarici əməkdaşlıq imkanlarından geniş istifadə edilməsi |
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları |
mütəmadi |
13.3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi
| |||
13.3.1. |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin davam etdirilməsi, onun kadr potensialının, maddi və texniki bazasının beynəlxalq tələblərə uyğun gücləndirilməsi |
Milli Koordinator, Daxili İşlər Nazirliyi |
2014-2016 |
13.3.2. |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların fəaliyyətində korrupsiya hüquqpozmalarının qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsi |
Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.3.3. |
İnsan alverinə qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işinin təkmilləşdirilməsi, istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırma tədbirlərinin davam etdirilməsi
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi |
mütəmadi |
13.3.4. |
İnsan alveri cinayəti ilə mübarizə aparan orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi və insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi |
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi |
mütəmadi |
13.3.5. |
Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi |
Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.3.6. |
Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq səylərin gücləndirilməsi |
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
mütəmadi |
13.3.7. |
Miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə fəaliyyətinin gücləndirilməsi
|
Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
13.3.8. |
İnsan alveri cinayəti ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi |
mütəmadi |
13.3.9. |
İnsan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi |
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.4. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası
| |||
13.4.1. |
İnsan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2014-2017 |
13.4.2. |
İnsan alveri probleminin regionlarda sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu halı yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlərin görülməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar |
2014-2016 |
13.4.3. |
İnsan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandığı hallarda bu müəssisələrə müxtəlif ixtisaslı mütəxəssislərin cəlb edilməsi |
Səhiyyə Nazirliyi |
mütəmadi |
13.4.4. |
İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi |
2014-2017 |
13.4.5. |
İnsan alveri qurbanlarının, həmçinin potensial qurbanların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.4.6. |
İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması işinin davam etdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi |
mütəmadi |
13.5. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi | |||
13.5.1. |
İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunması, onların sosial reabilitasiyasının həyata keçirilməsi |
Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar |
mütəmadi |
13.5.2. |
İnsan alverinin qurbanı olan uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, onların müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi üzrə tədbirlərin gücləndirilməsi |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.5.3. |
Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi |
mütəmadi |
13.5.4. |
Psixoloji-sosial durumundan asılı olaraq, reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
13.5.5. |
İnsan alverinin qurbanı olan uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
13.5.6. |
Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlər görülməsi |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2014-2016 |
13.5.7. |
Övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
2014-2016 |
13.5.8. |
Şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsi üçün tədbirlər həyata keçirilməsi |
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi
|
mütəmadi |
13.5.9. |
Uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
|
2014-2016 |
13.6. İnsan alveri qurbanlarının müdafiəsi
| |||
13.6.1. |
“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, insan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təhlükə tam aradan qalxanadək təmin edilməsi |
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi |
mütəmadi |
13.6.2. |
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməsi |
Xarici İşlər Nazirliyi |
mütəmadi |
13.7. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi
| |||
13.7.1. |
Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatın müəyyən edilərək müvafiq tədbirlərin görülməsi |
Milli Koordinator, Daxili İşlər Nazirliyi |
2014-2018 |
13.7.2. |
Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donor təşkilatlarla əməkdaşlığın gücləndirilməsi |
Milli Koordinator, Daxili İşlər Nazirliyi
|
2014-2018 |
13.7.3. |
Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının resurslarından, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi
|
Milli Koordinator, Daxili İşlər Nazirliyi |
2014-2018 |
13.8. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi
| |||
13.8.1. |
İnsan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin aidiyyəti orqanları ilə və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi |
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
mütəmadi |
13.8.2. |
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi |
Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.8.3. |
Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində aidiyyəti qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.8.4. |
İnsan alveri cinayətlərinin qarşısının alınması mövzusu üzrə beynəlxalq tədbirlərin keçirilməsi |
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər aidiyyəti dövlət orqanları |
2016-2017 |
13.8.5. |
İnsan alvеrinə qarşı mübarizə sahəsində qanunvеriciliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış İşçi Qrupunun dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığının gücləndirilməsi |
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi |
mütəmadi |
13.8.6. |
İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, həmçinin yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli məqsədilə təkliflər verilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
2014-2016 |
13.9. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə
| |||
13.9.1. |
Ölkəyə daxil olan şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görülməsi
|
Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
mütəmadi |
13.9.2. |
İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması məqsədi ilə hazırlanmış maarifləndirici vəsaitlərin sərhəd və gömrük keçid məntəqələrində paylanılması |
Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
mütəmadi |
13.9.3. |
İnsan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamların, çarxların, qısametrajlı filmlərin çəkilməsi, verilişlərin hazırlanması və nümayiş etdirilməsi, bukletlərin hazırlanması və əhaliyə paylanılması
|
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
2014-2016 |
13.9.4. |
Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
13.9.5. |
İnsan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə, onların müxtəlif təzahür formalarına dair kütləvi informasiya vasitələri əməkdaşları üçün kursların təşkili, belə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri ətrafında müvafiq tədbirlərin keçirilməsi |
Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2014-2016 |
13.9.6. |
Uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işlərinin aparılması
|
İqtisadiyyat və Sənaye Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
mütəmadi |
13.9.7. |
Respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün maarifləndirmə tədbirlərinin keçirilməsi, müxtəlif növ maarifləndirici materialların turizm şirkətlərinə paylanılması |
Mədəniyyət və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi |
2014-2017 |