525.az-ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonun Böyük Qışlaq kəndində vətəndaşlara məxsus "VAZ" və "OPEL" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Məlum olub ki, qəza nəticəsində "VAZ" markalı minik avtomobilinin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verilibr. Əməliyyat saat 15:25-də başa çatıb.