|
|
|
|
Avropa Komissiyası Ukraynadakı böhranı əsas gətirərək, Avropa Birliyi ölkələrinin səfirlər şurasına yeni sanksiyalar paketi təqdim edib.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, sənəddə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur.
Təkliflər Avropa Birliyi ölkələrinin XİN başçılarının toplantısında müzakirə olunacaq.
Rusiyaya qarşı sanksiyalar müdafiə sənayesi və Avropanın maliyyə bazarları ilə bağlı olacaq.