|
|
|
|
Bakıda və Abşeron yarımadasında iyulun 25-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildirilib ki, gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 25-də Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətin normadan çox olması meteohəssas insanlar üçün əlverişsizdir.